"Qalatasaray" Falkaonun yerinə hücumçu axtarır - SƏBƏB
08 aprel 2020 11:58 (UTC +04:00)

"Qalatasaray" Falkaonun yerinə hücumçu axtarır - SƏBƏB

"Qalatasaray" Radamel Falkaonun yerinə hücumçu axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu kolumbiyalı forvardın Qətər təmsilçisi "Əl-Sədd"ə keçməsi ilə barışıb.

Ulduz futbolçunun Xavi Ernandesin çalışdırdığı klubla ilkin razılığa gəlməsini nəzərə alan "cim-bom" artıq yeni forvardını müəyyənləşdirib. İstanbullular Falkaonun satışından sonra "Şanxay"ın hücumçusu Halkı heyətinə qatmağa çalışacaq.

Klubu ilə ilin sonuna qədər müqaviləsi olan braziliyalı artıq Çinə qayıtmaq istəmir və karyerasını Avropada davam etdirmək niyyətindədir. Halk hətta Çindəkindən az maaşa da razıdır. "Qalatasaray" rəhbərliyi isə bonuslarla birlikdə 7 milyon avro qazanan Falkaonun aldığı məbləği 33 yaşlı "sambaçı"ya təklif edib.

Qeyd edək ki, Halk 2016-cı ildən "Şanxay"ın formasını geyinir.

# 1450
avatar

Oxşar yazılar