“Hər 3 dəqiqədən bir qadın öldürülür” - RƏSMİ
08 aprel 2020 10:34 (UTC +04:00)

“Hər 3 dəqiqədən bir qadın öldürülür” - RƏSMİ

“Yığılan məlumatlara əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu göstərici  68,4 faizdir”

Lent.az məlumat verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda bildirilib:

“Qadınların 12,1 faizi keçmiş  həyat yoldaşları, 11,9 faizi isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində  çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində  məlum olub  ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür”.

# 1045
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar