ABŞ prezidenti Ümumdünya Səhiyyə Təşkilatını tənqid etdi
07 aprel 2020 19:58 (UTC +04:00)

ABŞ prezidenti Ümumdünya Səhiyyə Təşkilatını tənqid etdi


ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

APA-nın xəbərinə görə, Donald Tramp bu barədə "Twitter"də bildirib.

O qeyd edib ki, ÜST şansını əldən qaçırıb: "Əsasən ABŞ tərəfindən maliyyələşdirilən bu təşkilat nədənsə hələ də çox Çin yönümlüdür. Biz buna yaxşı nəzər salacağıq. Xoşbəxtlikdən, mən onların Çinlə sərhədi açıq saxlamaq təklifini vaxtında rədd etdim. Onlar niyə bizə belə bir səhv tövsiyə vermişdilər?". 

# 1978
avatar

Oxşar yazılar