Dünyada koronavirusdan ölənlərin yarısı bu 3 ölkənin payına düşür
07 aprel 2020 12:59 (UTC +04:00)

Dünyada koronavirusdan ölənlərin yarısı bu 3 ölkənin payına düşür

Ötən gün dünyada koronavirusdan 5 min 328 nəfər dünyasını dəyişib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bununla da ümumən virusdan ölüm sayı 74 min 806 nəfərə çatıb. Virusa yoluxma sayı son sutka ərzində 73 min nəfər artaraq, 1 milyon 347 min nəfərə yüksəlib. 

Ölkələrə gəldikdə, ötən gün İtaliyada COVID-19-dan 636, İspaniyada 637, ABŞ-da isə 1151 nəfər dünyasını dəyişib. Müvafiq olaraq, İtaliyada virusdan ölənlərin sayı 16 min 523-ə, İspaniyada 13 min 341-ə, ABŞ-da isə 10 min 943 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar