4272
10:02
07 Aprel 2020

Karantin qaydasını pozan sürücü həbs edildi

Hövsanda xüsusi karantin qaydalarını pozan sürücü inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuatxidmətindən Lent.az -a verilən məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mercedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları “saxla” işarəsi verib. Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib. Ərazi üzrə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zeynallının saxlanılması qısa zamanda təmin edilib. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etmək tələb olunur.