Şəhidlərimizin əmanətləri unudulmadı - FOTO
06 aprel 2020 09:40 (UTC +04:00)

Şəhidlərimizin əmanətləri unudulmadı - FOTO

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib.

DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboyun Aşağı Ağcakənd qəsəbəsi və bir neçə kəndində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazımatlardan ibarət sovqatlar verilib. Həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib.

Sovqatları qəbul edən ailələr istər Rayon Polis Şöbəsinin, istərsə də rayon İcra Hakimiyyətinin mütəmadi göstərdikləri yardımlara görə təşəkkürünü bildiriblər.

# 759
avatar

Mehman Nəbiyev

Oxşar yazılar