3969
15:16
05 Aprel 2020

Şirvanda 4 nəfər həbs edildi, 60 nəfər cərimələndi

Karantin rejim qaydalarının təmin olunması məqsədilə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, şəhər ərazisində polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozaraq heç bir zərurət olmadan küçədə gəzən 4 nəfər şəhər sakini saxlanılıb.

Şirvan sakinləri, 1992-ci il təvəllüdlü Cəfərov Təbriz Səmədağa oğlu (13 sutka), 1989-cu il təvəllüdlü İbrahimov Tural Vaqif oğlu (12 sutka), 1984-cü il təvəllüdlü Qasımov Nizami Nazim oğlu (12 sutka) və 1971-ci il təvəllüdlü Səmədov Namiq Bəndalı oğlu (10 sutka) karantin rejimini pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və şəhər Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər.

Həmçinin şəhər ərazisində xüsusi karantin rejim qaydalarını pozan 60-dan çox sakin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə edilib.