38 yaşlı kişini koronavirusdan nə xilas etdi?
03 aprel 2020 18:27 (UTC +04:00)

38 yaşlı kişini koronavirusdan nə xilas etdi?

ABŞ-ın Klivlend şəhərindəki klinikaların birində koronavirusdan müalicə alıb sağalan 38 yaşlı Nik Braun palatasının pəncərələrində həkimlərinə təsirli mesaj yazıb.

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Braun xəstəxanaya gətiriləndə vəziyyəti pis olub. O, süni ventelyasiya aparatına qoşulub, hətta həkimlər onun durumunun daha pisə doğru getdiyi barədə həyat yoldaşını məlumatlandırıblar.

Bununla belə, həkimlər hər gün onun palatasındakı pəncərələrə ona təskinlik və ruh verən qeydlərini yazırmışlar. Maraqlısı odur ki, bu qeydlərdən sonra Braunun səhhəti tədricən yaxşılaşmağa başlayır. Nəhayət, xəstəxanadan çıxanda Braun özü həmin pəncərələrə ürək sözlərini yazır.

“Bu pəncərələr həyatımda çox önəmli rol oynadı. Mən neçə gün məhz bu pəncərələrin arxasından sizin çətin əməyinizin şahidi oldum. Mən sizə necə minnətdarlıq edəcəyimi bilmirəm. Bircə onu bilirəm ki, siz dünyanın ən yaxşılarsınız”, - o bildirib.

# 1944
avatar

Oxşar yazılar