1655
16:55
03 Aprel 2020

Su borcu olanların NƏZƏRİNƏ: kəsilməyəcək

“Abonentlərin suyun kəsilməməsindən istifadə edib, ödənişdən yayınma hallarına yol verməmələri rica olunur”.

Lent.az -ın məlumatına görə, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlama verib.

O bildirib ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir:

“Qurum tərəfindən borcu olan abonentlərin heç birinin suyu kəsilməyəcək. Lakin “Azərsu”nun elektron xidmətləri aktivdir. Borcu qalan və ödəmək üçün imkanı olan abonentlərin bundan istifadə etməsi xahiş olunur.

Çünki bu, qurumun dayanıqlı fəaliyyətinə dəstək deməkdir. Abonentlərin suyun kəsilməməsindən istifadə edib, ödənişdən yayınma hallarına yol verməmələri rica olunur. Hissə-hissə olsa da, borcların ödənilməsinə diqqət etsinlər. Smart-kartlar vasitəsilə su ilə təmin olunan istehlakçılar isə limitləri bitdiyi təqdirdə, 5 kubmetr kredit götürə bilərlər”.