Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edilmədi - SƏBƏB
03 aprel 2020 10:50 (UTC +04:00)

Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edilmədi - SƏBƏB

Rusiyanın Sverdlovsk vilayət məhkəməsi haqqında deportasiya qərarı çıxarılan Azərbaycan vətəndaşı barədə hökmü dəyişib.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 39 yaşlı İlham Əzizov müvəqqəti saxlanma təcridxanasından buraxılıb.

Əzizov və onun nümayəndəsi Rusiya ilə Azərbaycan arasında, hava, quru və dəmiryolu nəqliyyatının dayandırıldığın qeyd edərək,  koronavirus pandemiyasının tüğyan etdiyi bir şəraitdə deportasiyanın mümkün olmadığını əsas gətiriblər. Məhkəmə Əzizovu azad etsə də, onu 2000 rubl (təxminən 45 manat) məbləğində cərimə edib.

 

# 1167
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar