"Dərs vaxtı" verilişinin aprelin 3-nə olan cədvəli
02 aprel 2020 14:44 (UTC +04:00)

"Dərs vaxtı" verilişinin aprelin 3-nə olan cədvəli

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 3-nə nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:05-də X sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:55-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 12:20-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi; 12:50-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:10-da I siniflərə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq. 

Rus bölməsi üçün – 14:00-da IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:25-də VIII sinif – Kimya, Biologiya, Coğrafiya; 14:55-də IX sinif - Kimya, Biologiya, Coğrafiya; 15:30-da X siniflərə - Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq. 

# 1670
avatar

Aygün İbrahimli

Oxşar yazılar