Qaynının evindən külli miqdarda pul oğurladı
02 aprel 2020 13:36 (UTC +04:00)

Qaynının evindən külli miqdarda pul oğurladı

 

2019-cu il dekabr ayının 4-də Cəlilabad rayonu, Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən 1.200.000 rubl (31.800 manat), 19.500 dollar və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad rayon Polis Şöbəsində cinayət işi başlanılıb. 

# 1318
avatar

Mehman Nəbiyev

Oxşar yazılar