"Vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir" - İbrahim Məmmədov
02 aprel 2020 12:27 (UTC +04:00)

"Vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir" - İbrahim Məmmədov

“Artıq koronavirusa yoluxma halları artır”. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir: “Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.

# 1383
avatar

Oxşar yazılar