FHN Sabunçudakı yanğınla bağlı MƏLUMAT YAYDI - FOTO
02 aprel 2020 09:12 (UTC +04:00)

FHN Sabunçudakı yanğınla bağlı MƏLUMAT YAYDI - FOTO

Fövqəladə Hallar Hazirliyi Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 5000 m2 olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların yanar konstruksiyaları 350 m2 sahədə yanıb. Bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01:22

 

“Bakıxanov qəsəbəsindəki tikinti materialları bazarında baş vermiş yanğın haqqında ilk çağırış saat 00:50-də daxil olub və saat 00:54-də Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası hadisə yerinə cəlb edilib”. 

Bunu APA-ya açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

O qeyd edib ki, yanğın 5000 kvadratmetrlik ərazinin 400 kavadratmetrini əhatə edib: 

Polkovnik Ə.Novruzov yanğının baş verməsinə səbəb kimi ilkin olaraq mağazalardan birində elektrik qısaqapanmasının ehtimal olunduğunu bildirib.

****

01:28

Bazarda baş verən yanğın söndürülüb.

Hazırda FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir. 

***

 

01:22

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

***

01:02

Bakıxanov qəsəbəsində “Razin bazarı” kimi tanınan ərazidə yanğın baş verdiyi bildirilir.

Lent.az-ın məlumatına görə, yanğın bir az əvvəl başlayıb.  Bu barədə sosial şəbəklərdə görüntülər paylaşılır. 

Artıq əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

Fövqəladə Hallar Nazirliyinin saytında da hadisə barədə məlumat verilib.

# 1775
avatar

Oxşar yazılar