Kanada Qarabağdakı “seçkilər”i tanımır
01 aprel 2020 18:49 (UTC +04:00)

Kanada Qarabağdakı “seçkilər”i tanımır

“Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın xəbərinə görə, bu barədə Kanadanın Türkiyədəki səfirliyini "Twitter" səhifəsində bildirib.

“Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır. Bu cür "seçkilər" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun da səyləri daxil olmaqla, göstərilən bütün səyləri sarsıdır”, - deyə qeyd olunub.

Xatırladaq ki, Kanadanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana, Gürcüstana və Türkmənistana akkreditə edilib.

# 667
avatar

Oxşar yazılar