Bakıda mağazadan 21 telefon oğurlandı
31 mart 2020 14:08 (UTC +04:00)

Bakıda mağazadan 21 telefon oğurlandı


 
Bakı şəhərinin mağazalarının birindən 2 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2 min manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A. Həsənov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

 

 

# 686
avatar

Mehman Nəbiyev

Oxşar yazılar