Yataq xəstəsi olan Əməkdar artist 13 kiloqram arıqladı  - VİDEO
31 mart 2020 10:11 (UTC +04:00)

Yataq xəstəsi olan Əməkdar artist 13 kiloqram arıqladı - VİDEO

Ötən ay əməliyyat olunan Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problərdən danışıb.

Lent.az-ın məlumatına görə, aktyor "Elgizlə izlə" verilişində bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Bir neçə gündür yataqdan qalxmışam. Çox əziyyət çəkdim. İndi bir az yemək yeyə bilirəm. Bu xəstəlik mənə yaman əzab verdi. 20 günə 13 kilo arıqladım. Həkim dedi ki, bu normal deyil. İndi evdə hərəkət edirəm ki, ayaqlarım açılsın".

Qeyd edək ki, R. Rəhmanov ötən ay əməliyyat olunub və bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün əməliyyat açıq deyil, endoskopik yolla baş tutub.

 

 

 

 

# 24937
avatar

Yalçın UĞUR

Oxşar yazılar