DMX rəisi: 5 məsələ nəzərə alınmalıdır...
30 mart 2020 19:31 (UTC +04:00)

DMX rəisi: 5 məsələ nəzərə alınmalıdır...

 əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

APA-nın məlumatına görə, Vüsal Hüseynov bildirib ki, Dövlət Miqrasiya Xidmətinə müraciətlərlə bağlı 5 məsələ nəzərə alınmalıdır. Həmin məsələlər bunlardır: 

1. Hər hansı müraciət, rüsum ödənişi, hazır sənədin götürülməsi, məlumat əldə edilməsi üçün Qəbul şöbələrinə mümkün olduğu qədər yaxınlaşmayın.

2. Dövlət rüsumu hər hansı bank kartı ilə və ya marketlərdə və digər ictimai yerlərdə olan ekspress pay ödəniş terminalları vasitəsilə ödənilə bilər.

3. Ödəniş etdikdən sonra müddətinin uzadılması barədə qərarı (sənədi) və ya digər icazə sənədlərini gəlib götürmək zərurəti yoxdur. Bu sənədlər olmadığı təqdirdə belə ölkəni tərk edə bilərsiz və inzibati məsuliyyət (cərimə tətbiq) edilmir.

4. Elektron xidmətlərdən istifadəyə diqqət yetirin. Xidmətlər rahat istifadə edilməsi üçün mümkün qədər asanlaşdırılıb və bu proses davam edir.

5. Dövlət Miqrasiya Xidməti hər gün işləyir, 919 Çağrı Mərkəzi fasiləsiz rejimdə fəaliyyət göstərir. Hər hansı sual, çətinlik olarsa zəng edin, elektron qaydada, Xidmətin ünvanına və ya sosial şəbəkə hesablarına yazın, məlumat verin.

# 1096
avatar

Oxşar yazılar