Sumqayıtda küçə və prospektlər xüsusi məhlullarla yuyulur - FOTO
30 mart 2020 19:25 (UTC +04:00)

Sumqayıtda küçə və prospektlər xüsusi məhlullarla yuyulur - FOTO


Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Sumqayıtın küçə və prospektlərinin yuyucu məhlullarla yuyulmasına başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, yolların yuyucu məhlullarla yuyulması işləri ilk olaraq şəhərin Sülh prospektində həyata keçirilib. Bu proses şəhərin digər küçə və prospektlərində də davam etdiriləcək.

Qeyd edək ki, yolların yuyucu məhlullarla yuyulması prosesi dezinfeksiya işləri ilə birlikdə həyata keçirilir.

# 1047
avatar

Oxşar yazılar