Araşdırma zamanı digər cinayətləri də üzə çıxdı
30 mart 2020 15:25 (UTC +04:00)

Araşdırma zamanı digər cinayətləri də üzə çıxdı

 

Bakıda mağaza və avtomobillərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, Nəsimi rayonu ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 27 ədəd qol saatı, suvenirlər, gül dəstləri, 2400 manat dəyərində gül və digər əşyalar oğurlanıb. Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılıb.

Qaradağ rayonu ərazisində 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd video qeydiyyat qurğusu oğurlanıb, habelə 1 avtomobildən oğurluğa cəhd göstərilib. Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məmmədov və V.Cavadov saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları da müəyyən edilib.

# 734
avatar

Mehman Nəbiyev

Oxşar yazılar