537
18:54
28 Mart 2020

Bu ölkədə koronavirusa görə seçki məcəlləsinə dəyişiklik edildi 

Koronavirus insanın fəaliyyətinin bütün sahələrində öz izini saxlayır.

Lent.az xarici mediaya istinadla bildirir ki, pandemiya fonunda Polşada prezident seçkiləri ərəfəsi seçki məcəlləsinə dəyişiklik edilib. Nəticədə məsafədən səsvermə kimi yeni qayda tətbiq ediləcək.

Məlumata görə, dəyişiklik Polşa Semində martın 28-də qəbul olunub. Dəyişikliyi hakim “Hüquq və ədalət” mühafizəkarlar partiyası təklif edib. Bundan sonra Polşa qanunvericiliyi əhalinin müəyyən təbəqəsinə poçtla səs vermək üçün imkan yaradır. Pandemiya şəraitində yeni qayda karantin və özünütəcrid vəziyyətindəki insanlara şamil ediləcək. Qərar müxalifəti qəzəbləndirib və artıq bununla bağlı tənqidlər, iradlar da səsləndirilib. səsverməyə yarım saat Polşada prezident seçkilərinin ilk turu mayın 10-da keçirilməlidir.