1038
05:36
28 Mart 2020

BMT-nin koronavirusa yoluxan əməkdaşlarının sayı 86-ya çatdı

BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 86 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu günə olan məlumata görə, 86 BMT əməkdaşı onlarda koronavirus aşkarlanması barədə bizə məlumat verib”, - Düjarrik belə deyib.

Onun sözlərinə görə, onların əksəriyyəti Avropada yoluxanlardır. Həmçinin Afrika, Asiya və ABŞ-da da virusa yoluxanlar olub.

Dİgər xəbərlər