“Bahalı müğənni”lərə Elçindən qınaq: "Gülməlidir"
25 mart 2020 22:13 (UTC +04:00)

“Bahalı müğənni”lərə Elçindən qınaq: "Gülməlidir"

Müğənni Elçin Cəfərov şou-biznesdə özünü “bahalı ifaçı” adlandıran həmkarlarını qınayıb.

"MTV"-yə müsahibə verən sənətçi bu yanaşmaya düzgün baxmadığını bildirib:

“Bahalı müğənni” ifadəsi bir az gülməlidir. Bahalı avtomobil, ev olar. Pulla alınan o qədər şey var ki... Müğənnilikdən öncə insansan. İnsan birinci özü-özünə qiymət verməlidir. Mənim üçün özümün dəyərim yoxdur. Çünki məni Allah yaradıb. Özüm üçün çox dəyərliyəm. Kim necə fikirləşir özü bilər. Amma qiymət qoymaq ki, bahalı və ya ucuz müğənniyəm normal baxmıram. Ucuz deyən yoxdur təbii ki, hamı bahalı müğənniyəm deyir”.

(Axşam.az)

# 765
avatar

Oxşar yazılar