Angela Merkel koronavirus şübhəsilə karantinə alınıb
22 mart 2020 22:37 (UTC +04:00)

Angela Merkel koronavirus şübhəsilə karantinə alınıb

 

Almaniya kansleri Angela Merkel koronavirus şübhəsi ilə karantinə alınıb. 

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib. 

O bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib. 

Steffen Seibert qeyd edib ki, qarşıdakı günlərdə Angela Merkel müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309

Oxşar yazılar