Yusif Vəliyev: Əmir Teymurdan Qurd Cəbrayıla qədər
18 mart 2020 13:49 (UTC +04:00)

Yusif Vəliyev: Əmir Teymurdan Qurd Cəbrayıla qədər

“Nəsimi” filminin çəkilişləri zamanı rejissor Həsən Seyidbəyli görüb ki, nə qədər mizan versə, çalışsa da, Nəsimi ilə Əmir Teymurun qarşılaşdığı səhnədə Əmir Teymur daha möhtəşəm görünür.

Yusif Vəliyev özünün şəxsi və sənətkar xarizması ilə gənc Rasim Balayevi və onun Nəsimisini kölgədə qoya bilər. Axırda Həsən Seyidbəyli Yusif Vəliyevi kənara çəkib, danışmağa məcbur olur: "Yusif, nəzərə al ki, biz "Nəsimi" filmini çəkirik, "Əmir Teymur"u yox”.

Lent.az-ın hazırladığı videoda aktyorun çəkildiyi filmlərdən kadrlara baxa bilərsiniz: 

 

# 4775
avatar

Oxşar yazılar