1246
18:04
13 Mart 2020

Bu ölkə xarici vətəndaşlar üçün sərhədləri bağlayır

48 saat ərzində Ukrayna iki həftəlik xarici vətəndaşlara sərhədlərini bağlayacaq.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

"48 saat ərzində ölkəmiz xarici vətəndaşlara öz sərhədlərini bağlayacaq. Xarici İşlər Nazirliyi bütün qurumlara, bütün ölkələrə Ukraynanın sərhədlərinin xarici vətəndaşlarına iki həftə müddətinə bağlı olacağı barədə xəbərdarlıq edəcək", - o bildirib.

Eyni zamanda, A.Danilov ukraynalılara xarici səyahətləri məhdudlaşdırmağı tövsiyə edib.

"Bu gün xaricdə olan bütün Ukrayna vətəndaşları ölkəyə qayıda biləcəklər. Lakin koronavirusun sürətlə yayıldığı ölkələrdə qalanlar müəyyən müşahidə prosedurlarından keçəcəklər", o əlavə edib.