
İŞİD-çi ailəsindən olan daha 112 uşaq Azərbaycana göndəridi - RƏSMİ
İraqda qalan daha 112 azərbaycanlı uşaq Azərbaycana göndərilib.
APA-nın xəbərinə görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.
“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 112 uşaq Azərbaycana deportasiya edilib. Deportasiya prosesində İraq Ali Məhkəmə Şurasının nümayəndəsi, Azərbaycan səfirliyinin nümayəndələri və İraq XİN-in Protokol şöbəsinin nümayəndələri iştirak edib”, - Əhməd Əl-Sahaf vurğulayıb.
İraq XİN rəsmisinin sözlərinə görə, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 940-a çatıb ki, bu uşaqların 248-i azərbaycanlıdır.
O qeyd edib ki, bu məsələdə Azərbaycan XİN və Azərbaycanın İraqdakı səfirliyi ilə davamlı əməkdaşlıq edirlər.
Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.

Oxşar yazılar

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12