"Artıq qayınana olmuşam" - Nura Suri
13 mart 2020 09:16 (UTC +04:00)

"Artıq qayınana olmuşam" - Nura Suri

Müğənni Nura Suri oğlunu evləndirir. Lent.az-ın məlumatına görə, bu barədə “7 canlı” verilişinin aparıcısı Vüsalə Əlizadə deyib. İfaçı isə xəbəri təsdiqləyib:

  “Demək olar ki, artıq qayınana olmuşam. Bir çoxları oğlum Davidi görür elə bilir ki, uşaqlarım balacadır. Mən çox erkən ailə qurmuşam. Camaat rəfiqələri ilə oynayanda, universitetdə oxuyanda mən uşaq bələyirdim. Böyük oğlumun artıq 24 yaşı var.

 Uşaqları elə böyütmüşəm ki, öz seçimini edə bilir. Öz ayaqları üzərində durmağı bacarır. 16 yaşından xaricə göndərmişəm, orada təhsillərini davam etdirib. İşləyir, pul qazanır. Öz istədiyi xanımla birlikdədir, hər şeyi öz pulu ilə edir. Mən nə deyə bilərəm”.

# 4386
avatar

Yalçın UĞUR

Oxşar yazılar