"Azərsun" yeni şokolad brendini təqdim edib  - FOTO
11 mart 2020 14:28 (UTC +04:00)

"Azərsun" yeni şokolad brendini təqdim edib - FOTO

Bu günlərdə yerli bazarın şokolad sektoruna yenicə daxil olan, hər kəsi ovsunlayıcı dadı ilə sehrinə salacaq bir markanın – “Choco Art” şokolad brendinin təqdimatı keçirilib.

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, incə sənət və yüksək peşəkarlıq nümunəsi olan bu markanı digərlərindən fərqləndirən əsas cəhət 100% təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan bu şokolad nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir.

Brend dadı damaqdan getməyəcək, mükəmməl və nəfis bir ləzzəti özündə yaşadan qara, südlü və fındıqlı şokolad plitə çeşidi ilə istehlakçılarına unudulmaz anlar yaşadacaq.

Cari ilin sonuna isə bu çeşidlərin sayının artırılması, şokoladın duzlu karamelli növünün də istehsalı planlaşdırılır.

Tədbirdə “Choco Art” markasının siması olaraq seçilən Samirə Əfəndinin və sevilən model Nuru Əhmədovun iştirakı ilə çəkilən reklam çarxı da təqdim edildi.

“Choco Ar”t ilə sənətin incəliyini ləzzətlə kəşf edin” mesajını verən çarx gözoxşayan səhnələri və məqamları ilə böyük maraqla qarşılandı.

Qeyd edək ki, adıçəkilən marka gözoxşayan qablaşdırma dizaynına görə “Azerbaijan Design Awards 2020”də finalçılar arasında yer alıb.

Hazırda “Choco Art” brendinin şokoladları “Bazarstore” və “Bravo” supermarketlərində satışdadır. Bu yaxınlarda isə “Araz” və şəhərin digər böyük supermarketlər şəbəkəsində də satışa çıxarılacaq.

 

 

 

 

# 5048
avatar

Oxşar yazılar