Səudiyyə Ərəbistanında vəliəhd kral Məhəmməd ibn Salmanın əmrilə başlayan əməliyyatlar davam edir.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ərəb ölkəsində başlayan əməliyyat tədbirləri daha da geniş vüsət alıb.
Kral ailəsinə müxalif olan Salman ibn Əbdüləzizin qardaşı şahzadə Əhməd ibn Əbdüləziz və oğlunun həbsindən sonra daha 20 şahzadənin saxlanıldığı iddia olunur.
ABŞ mediasında yer alan xəbərlərdə saxlanılan şahzadələrin hökumət çevrilişi üçün xarici qüvvələrlə təmasda olmaları və kral Salmanın həbsinə imza atmaları barədə fikrlər irəli sürülüb.