823
07:25
08 Mart 2020

Suriyada baş vermiş avtoqəza zamanı azı 30 nəfər ölüb

Suriyada, Dəməşq – Homs avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı azı 30 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, Bağdad körpüsü rayonunda yanacaq daşıyan maşın, iki avtobus və bir neçə minik maşını toqquşub.

Hadisə yerində çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Qəza zamanı xəsarət alanların olduğu da bildirilir.