16:32
05 Mart 2020

"Mançester Siti”dən “Arsenal”a keçə bilər

“Mançester Siti”nin müdafiəçisi Con Stounz yayda komandasını dəyişə bilər.

Lent.az -ın məlumatına görə, təcrübəli futbolçu ilə İngiltərənin digər klubu “Arsenal” yaxından maraqlanır.

“Topçular” Stounzla danışıqlara indidən start veriblər. Onlar İngiltərə yığmasının üzvünü transfer etməkdə israrlıdırlar. Stounzun da iş yerini dəyişməyə razı olduğu bildirilir. Belə ki, Con daha çox oynaya biləcəyi komandaya keçmək arzusundadır.

Qeyd edək ki, 26 yaşlı arxa xətt oyunçusu “Mançester Siti”yə 2016-cı ildə “Everton”dan transfer olunub. O, “şhəhərlilər”in heyətində cari mövsümdə ümumilikdə 17 oyunda iştirak edib.

Dİgər xəbərlər