04:47
02 Mart 2020

Çində koronavirus qurbanlarının sayı artıb

Çində yeni növ koronavirus pnevmoniyasının qurbanlarının sayı sutka ərzində 42 nəfər artaraq ümumilikdə 2912 nəfərə çatıb.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb.

Məlumata görə, virusa yoluxanlardan 44,4 mindən çoxu sağalaraq xəstəxanaları tərk edib.

Çində ümumilikdə 80 mindən çox insan bu virusun daşıyıcısıdır.

Dİgər xəbərlər