ABŞ İrana koronavirusla mübarizədə yardım təklif etdi
28 fevral 2020 18:44 (UTC +04:00)

ABŞ İrana koronavirusla mübarizədə yardım təklif etdi

“Vaşinqton İran hakimiyyətinə koronavirusla mübarizədə yardım təklif edib”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün ABŞ Dövlət katibi Mayk Pompeo Konqresin Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsində keçirilən dinləmələrdə deyib.

“Biz İran İslam Respublikasına koronavirusla mübarizədə yardım təklif etmişik”, - deyə ABŞ Dövlət katibi vurğulayıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 34 nəfərə, virusa yoluxanların sayı isə 388 nəfərə çatıb.  

# 1081
avatar

Oxşar yazılar