TƏBİB-də yaradılan "Qaynar xətt" 24 saat işləyəcək
28 fevral 2020 18:29 (UTC +04:00)

TƏBİB-də yaradılan "Qaynar xətt" 24 saat işləyəcək

0

"İnsanları çağırırıq ki, sosial şəbəkələrdə ajiotaj yaratmasınlar. İrandan və digər ölkələrdən gələnləri yoxlayanlar xüsusi geyimdə olurlar, bu görüntüləri "koronavirus var" deyə yaymaq ajiotaj yaradır".

APA-nın xəbərinə görə, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib: "Biz daim rəsmi məlumatlar açıqlayacağıq. Bu görüntüləri yaymazdan əvvəl bizimlə əlaqə saxlayın, mütəxəssislərdən dəqiq öyrənib məlumat verək".

R. Əliyeva deyib ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i fəaliyyətə başlayıb. "Qaynar xətt"in nömrəsi 1542-dir: "Hansısa vətəndaş özündə koronavirusla bağlı şübhə və ya digər əlamətləri hiss edərsə, dərhal bu nömrə ilə əlaqə saxlasın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1986

Oxşar yazılar