Şəmkirdə evlərdən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, oğurluq hadisələri rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərində baş verib. Aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov həmin kəndlərdəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb.
Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. O, həmçinin dekabrda oğurluq üçün girdiyi evdən heç nə tapmadığı üçün 5 gün həmin evdə qaldığını da deyib. E.Süleymanov günortalar həmin evdə qalaraq, gecələr ətrafdakı evlərdən oğurluq etdiyini boynuna alıb. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.