Azərbaycanda 21 maşından oğurluq edənlər saxlanıldı
28 fevral 2020 19:44 (UTC +04:00)

Azərbaycanda 21 maşından oğurluq edənlər saxlanıldı

 

 

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları avtomobildən oğurluq faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumaata görə, nəticədə rayon ərazisində vətəndaşlara məxsus 9 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlamaqda, habelə S.İsmayılova qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş İ.Məmmədovun ətrafında Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşları əməliyyat tədbirləri keçirib. Nəticədə onun 2 nəfərlə birgə rayon ərazisində vətəndaşlara məxsus 7 avtomobildən oğurluq etməsi də müəyyən edilib.

Digər oxşar oğurluq əməli Sumqayıtda baş verib.

Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlanılıb. Onun şəhər ərazisində vətəndaşlara məxsus 5 avtomobildən pul, akkumulyator və sənəd oğurladığı bildirilir.

# 1846
avatar

Mehman Nəbiyev

Oxşar yazılar