Ombudsmana müraciət üçün vahid "qaynar xətt" yaradılacaq
27 fevral 2020 18:12 (UTC +04:00)

Ombudsmana müraciət üçün vahid "qaynar xətt" yaradılacaq

Ombudsmana müraciət üçün vahid "qaynar xətt" yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) 2020-ci ildə  vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə edilib.

# 1293
avatar

Oxşar yazılar