Tikinti şirkətinin direktoru 11 nəfərə qarşı dələduzluqda ittiham olunur
27 fevral 2020 09:37 (UTC +04:00)

Tikinti şirkətinin direktoru 11 nəfərə qarşı dələduzluqda ittiham olunur

"Azar-Tİ" MMC direktoru Qazaxlı Ramiz Saday oğlu barəsində cinayət işi başlanıb. 

APA-nın məlumatına görə, R. Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda günahlandırılır. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə 11 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Dəyən ziyan 100 min manatdan çoxdur.

R. Qazaxlı barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib. 

Qeyd edək ki, "Azar-Tİ" MMC tikinti şirkətidir.

# 649
avatar

Oxşar yazılar