Azərbaycanda daha bir ana qızı ilə birgə itkin düşdü
26 fevral 2020 09:02 (UTC +04:00)

Azərbaycanda daha bir ana qızı ilə birgə itkin düşdü

Bakının Yasamal rayonunda ana və qızı itkin düşüb.

Lent.az-ın məlumatına görə, fevralın 23-də, saat 09:15-də 61 yaşlı Səfərova Həsrət Səməd qızı və onun qızı 25 yaşlı Hümbətova Cəmilə Xanməmməd qızı Yasamal rayonu, Şərifzadə küçəsində yaşayan 57 yaşlı Səmədov Elyas Səməd oğlunun evindən çıxaraq itkin düşüblər.

Bu barədə H.Səfərovanın qohumları fevralın 25-də Yasamal  Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət ediblər.

Digər itkin düşmə hadisəsi də Yasamal rayonu ərazisində baş verib.

Belə ki, fevralın 22-də, saat 11:30-da 27 yaşlı İskəndərov Talıb Akif oğlu rayonun X.Dadaşov küçəsindəki yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı məlumatı onun qohumları fevralın 25-də Yasamal Rayonu Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət ediblər.

Hər iki faktla bağlı həmin polis bölməsində araşdırma aparılır.

# 1339
avatar

Mehman Nəbiyev

Oxşar yazılar