“Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti deyib ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək: “Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.