Bu gün Su çərşənbəsidir
25 fevral 2020 00:32 (UTC +04:00)

Bu gün Su çərşənbəsidir

 

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

APA-nın xəbərinə görə, bu çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Qeyd edək ki, növbəti - Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

# 1986
avatar

Oxşar yazılar