Macarıstanda Azərbaycan kinoları göstərilib
24 fevral 2020 09:26 (UTC +04:00)

Macarıstanda Azərbaycan kinoları göstərilib

Macarıstanda Azərbaycan Kinosu Günlərinə yekun vurulub.

Lent.az xəbər verir ki, Macarıstanın paytaxtındakı məşhur "Urania" kinoteatrında təşkil olunan kino günləri Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə keçirilib.

Azərbaycan filmləri Budapeştlə yanaşı, Peç və Seqed şəhərlərində də nümayiş etdirilib. Hər üç şəhərdə keçirilən kino nümayişləri çoxsaylı tamaşaçı tərəfindən izlənilib. Azərtac.

# 2125
avatar

Oxşar yazılar