652
02:49
24 Fevral 2020

Salyanda fərdi yaşayış evi yanıb


Salyan rayonunda ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.