40 başdan çox iribuynuzlu mal-qarası oğurlandı - FOTO
23 fevral 2020 16:32 (UTC +04:00)

40 başdan çox iribuynuzlu mal-qarası oğurlandı - FOTO

Goranboyun Meşəli kəndi ərazisindən son 6 ay ərzində 40 başdan çox iribuynuzlu mal-qara oğurlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, Meşəli kəndindəki həyət və otlaq sahələrindən 10 nəfər Kəlbəcər rayon sakininin mal-qarası oğurlanıb.

Ötən ilin avqust, sentyabr və oktyabr  aylarından etibarən intensiv şəkildə mal-qara həyət və örüş yerlərindən yoxa çıxmağa başlayıb. Kənd sakini Mürşüd Zeynalov isə hətta iki dəfə qarət olunub. Öncə 6 baş, daha sonra isə 8 baş iribuynuzlu malı oğurlanıb. Oğrular qarət  zamanı əsasən ətlik və südlük mal-qaraya üstünlük verib.

Baş vermiş faktlarla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1567

Oxşar yazılar