15:28
23 Fevral 2020

Türkiyədə əhalinin xoşbəxtlik göstəriciləri araşdırıldı

Türkiyənin Statistika Komitəsi tərəfindən ölkə əhalisinin xoşbəxtlik göstəriciləri araşdırılıb.

Hesablamalara əsasən ölkə əhalisinin 52,4 faizi özünü xoşbəxt hiss edir. Onların əksəriyyəti sağlam, ali təhsil almış, ailəli şəxslərdir. Sorğuda iştirak edən 65 yaşdan yuxarı şəxslər isə xoşbəxtlik hissi keçirmədiklərini bildiriblər.

Türkiyənin ən xoşbəxt şəhərləri olaraq isə Sinop, Afyonkarahisar və Bayburt müəyyən edilib.

(AZƏRTAC)

Dİgər xəbərlər