674
23:06
21 Fevral 2020

33 yaşlı qadın dəm qazından zəhərləndi

Hacıqabul şəhər Əlağa Vahid küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həmin evdə yaşayan 1987-ci il təvəllüdlü Novruzəliyeva Vüsalə İlqar qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. Dərhal Hacıqabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə təcili və təxirəsalınmaz yardım göstərilib. Hazırda xəstə kritik vəziyyətdən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.