Rayondan "Sədərək" ticarət mərkəzinə gələn qız itkin düşdü
20 fevral 2020 09:10 (UTC +04:00)

Rayondan "Sədərək" ticarət mərkəzinə gələn qız itkin düşdü

Salyan rayon sakini itkin düşüb.

Lent.az-ın məlumatına görə, rayonun Xıdırlı kənd sakini 23 yaşlı Qarakişiyeva Aytac Nəsir qızı fevralın 18-də “Sədərək” ticarət mərkəzinə gedib və geri qayıtmayıb.

Bu barədə onun atası Qarakişiyev Nəsir Şirin oğlu DİN “102” qaynar xəttinə müraciət edib.

Məlumatla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

# 1463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar