Ukrayna, Belarus və Azərbaycan opera ulduzları eyni səhnədə
19 fevral 2020 15:09 (UTC +04:00)

Ukrayna, Belarus və Azərbaycan opera ulduzları eyni səhnədə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası oynanılacaq. 

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, fevralın 22-də göstəriləcək səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.

Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.

Operanı Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

# 2461
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar