490
13:02
14 Fevral 2020

Narkotik alverçisi tutuldu, evindən...

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini V.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 39 qrama yaxın, Masazır qəsəbəsində kirayədə yaşadığı evdən isə 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.